📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu Kadırovun "sağ əli" kimi tanınan ADAM DELİMXANOVU ÖLDÜRÜB?

2023-06-14 15:36:00

Ukrayna ordusu Kadırovun

Şahin Cəfərli: "Ramzan Kadırov özü Ukrayna kəşfiyyatına müraciət edərək zərbənin hansı nöqtəyə, hansı mövqelərə endirildiyi barədə ona məlumat verilməsini xahiş edib"

"Ukrayna ordusu Zaporojye vilayəti ərazisində "kadırovçu"ların avtomobil karvanına raket zərbələri endirib. Hadisə zamanı "Axmat" xüsusi təyinatlı dəstəsinin 200-ə yaxın üzvünün öldürüldüyü və yaralandığı xəbər verilir. Onların içərisində Ramzan Kadırovun "sağ əli" kimi tanınan Rusiya Dövlət Dumasının deputatı Adam Delimxanov da var". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, bəzi Ukrayna mənbələri Delimxanovun öldüyünü iddia etsə də, Rusiya Dövlət Dumasından bildiriblər ki, o, yaralıdır: "Lakin Ramzan Kadırov özü Ukrayna kəşfiyyatına müraciət edərək zərbənin hansı nöqtəyə, hansı mövqelərə endirildiyi barədə ona məlumat verilməsini xahiş edib. O, "əziz qardaşım" adlandırdığı Delimxanovla heç cür əlaqə saxlaya bilmədiyini söyləyib. Digər maraqlı xəbər isə budur ki, Kremennaya istiqamətində (Luqansk vilayəti) hücuma hazırlaşan Rusiya ordusunun hansısa hərbi birləşməsi ərazidə düzlənərkən Ukrayna ordusunun HİMARS və artilleriya zərbələrinə məruz qalıb. Nəticədə çoxlu sayda ölü və yaralı var. Bu informasiyanı Rusiya hərbi dairələrinə yaxın "Telegram" kanalları yayıb. Yəni, yüzdə yüz doğrudur. Xatırladaq ki, ötən günlərdə Rusiyanın 35-ci ordusunun qərargah rəisi, general Sergey Qoryaçov və ətrafındakı bir qrup zabit raket atəşinə tuş gələrək ölüb".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az