“Ukrayna ordusu Krıma dəhliz açır”
2023-06-13 11:56:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətində, Baxmut rayonunda və Luqansk istiqamətindəki Svatovoda irəliləməyə başlayıblar. Bu barəd məlumatı Hərbi-Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Aleksandr Musienko “Nastoyaşee vremya” kanalına müsahibəsində verib. Onun sözlərinə görə, Ukrayna müdafiəçilərinin hədəfi – Mariupola doğru irəliləməkdir və bu Rusiya ordusunun qarşısını kəsəcək və Ukrayna üçün Krıma quru dəhlizinin önünü açacaq.
Ekspert deyib: “Aydındır ki, düşməin müdafiə qüvvələrinin diqqətini dağıtmaq və cəbhə xəttini uzatmaq üçün iki-üç istiqamətdə hücum edilir. Bunun nəticəsində onlar müdafiədə yalnız bir zərbə xəttinə cəmlənə bilməyəcəklər”.
Hürr Tərcüman