📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu Moskvaya hücuma keçdi - 8 PUA vuruldu - VİDEO

2023-05-30 12:55:00

Ukrayna ordusu Moskvaya hücuma keçdi - 8 PUA vuruldu - VİDEO

"Kiyev rejimi səkkiz təyyarə tipli pilotsuz uçuş aparatından istifadə edərək, Moskvadakı hədəflərə terror hücumu həyata keçirib".

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Moskvaya hücum edən bütün pilotsuz təyyarələrin vurulduğunu açıqlayıb:

"Düşmənin bütün pilotsuz təyyarələri vurulub. Onlardan 3-nə radioelektron mübarizə vasitələri ilə təzyiq göstərilib. Həmin PUA-lar idarəetməni itirərək hədəfdən yayınırb. 5 PUA isə "Pantsir-S" zenit-raket kompleksi ilə Moskva vilayətində vurulub".