Ukrayna ordusu Rusiyanın 46 min əsgərini SIRADAN ÇIXARDI
2022-03-07 12:54:00
11 gün ərzində Ukrayna ordusu Rusiya ordusunun 46 minə qədər əsgərini neytrallaşdırmağı bacarıb.
Hurriyyet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Strategiyası Mərkəzinin rəhbəri, sabiq müdafiə naziri Andrey Zaqorodnyuk deyib.
O bildirib ki, bu rəqəmə ölən, yaralanan və əsir düşən rus əsgərləri daxildir. Onun sözlərinə görə, 24 fevralda Ukraynaya Rusiyanın 145 minlik ordusu daxil olub – 110 min quru qoşunu, 35 min isə xüsusi qüvvələr (OMON, SOBR, Rusiya Qvardiyası).
Zaqorodnyuk deyib ki, hazırda Rusiyanın Ukraynada 100 minə qədər qüvvəsi qalıb. Saabiq nazir bildirib ki, 6 mart tarixinə qədər düşmən ordusu 11 min əsgər itirib, 35 minə yaxın isə yaralısı var.