Ukrayna ordusu Rusiyanın S-400 sistemini yox edib
2023-07-11 11:36:00
Hurriyyet.az “Unian.net” portalına istinadla xəbər verir ki, Ukrayna hərbçiləri Rusiyanın S-400 “Triumf” (“Zəfər”) zenit-raket sistemini vurublar.
Hərbi ekspert Aleksandr Kovalenkonun sözlərinə görə, bu, Ukrayna ordusunun məhv elədiyi ikinci S-400 sistemidir.
Ekspert deyib: “Mühüm olan odur ki, bu sistem qarşı cəbhənin dərinliyində yerləşir”.
Hürr Tərcüman