Ukrayna ordusu son sutkada Rusiyanın 13 “Shahed” zərbə PUA-sını məhv edib
2023-07-03 11:02:00
Ukrayna ordusu son sutkada Rusiyanın İran istehsalı olan 13 ədəd “Shahed” pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.
“Shahed-136/131” zərbə PUA-larının cənub-şərq istiqamətindən buraxıldığı bildirilir.
İlkin məlumata görə, itki yoxdur.
musavat.com