📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu "Vaqner"in tanınmış muzdlusunu məhv etdi - FOTO

2022-06-06 20:35:00

Ukrayna ordusu

Ukraynada Vaqnerin “Vax” çağırış nişanlı muzdlusu Vladimir Andanovu məhv edib.

Bu barədə Feysbukda Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.

“Rusiya təbliğatçılarının sevimlisi, "Vaqner"in muzdlu əsgəri, Buryatiyadan olan Andanov Volodimir “Vax”a rəsmən demilitarizasiya edilib”, - məlumatda deyilir.

Andanov 2014-cü ildə könüllü kimi Donbasa gedib. O, Debaltsevo uğrunda döyüşlərdə olub, Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin gülləbaran edilməsində iştirak edib.

(teleqraf.com)