📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu Xarkovun 30 məntəqəsini işğaldan azad edib

2022-09-10 08:30:00

Ukrayna ordusu Xarkovun 30 məntəqəsini işğaldan azad edib

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin şərqində yerləşən Xarkov bölgəsində 30-dan artıq yaşayış məntəqəsinin Rusiya qüvvələrindən geri alındığını bildirib.

Zelenski sosial media hesabından verdiyi açıqlamada Ukrayna ordusunun, kəşfiyyatının və təhlükəsizlik xidmətinin çətin əməliyyatları uğurla həyata keçirdiklərini bildirərək yazıb: “Silahlı Qüvvələr Xarkov bölgəsindəki 30-dan artıq yaşayış məntəqəsini azad edərək nəzarət altına alıblar”.

Hürr Tərcüman