📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusu Xersonda mağazanı vurub? – Rusiya nümayəndəsi 22 nəfərin öldüyünü iddia edir

2024-06-08 13:14:34

Ukrayna ordusu Xersonda mağazanı vurub? – Rusiya nümayəndəsi 22 nəfərin öldüyünü iddia edir

Xerson vilayətinin Rusiya tərəfindən işğal olunmuş sol sahilindəki Sadovoe kəndinə raket zərbəsi nəticəsində 22 nəfər ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə bölgədəki qondarma Rusiya hakimiyyətinin nümayəndəsi Vladimir Saldo məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində azı 15 nəfər yaralanıb.

Saldonun sözlərinə görə, mərmi müştərilərin və işçilərin olduğu mağazaya düşüb. O, raket atəşinə görə Ukrayna hərbçilərini günahlandırıb.

Vlaidmir Saldonun “Telegram”da yaydığı fotoşəkillərdə bir neçə üstü örtülü cəsədlər və zədələnmiş avtomobillər göstərilsə də, dağıdılan mağazanın fotoları yer almayıb.

Hələlik bu xəbərlərin müstəqil təsdiqi yoxdur. Ukrayna hərbçiləri və hakimiyyət orqanları rusiyayönlü administrasiyanın mesajlarını hələ ki, şərh etməyiblər.

Azpolitika.info