Ukrayna ordusu Xersonda üç kəndə nəzarəti geri qaytarıb
2022-03-31 13:20:00
Ukrayna Silahlı Qüvvələri Xerson regionunun Orlovo, Zagradovka və Koçubeyevka kəndlərinə nəzarəti geri qaytarıb.
Hurriyyet.az “Ukranews.com” saytına istinadən xəbərinə görə, bu barədə Dnipropetrovsk regional şurasının rəhbəri Nikolay Lukaşuk Telegram kanalında bildirib.
O, yaşayış məntəqələrinin Krivoy Roq şəhərindən 50 kilometr məsafədə yerləşdiyini vurğulayıb.
Lukaşukun sözlərinə görə regionun inzibati sərhədləri Ukrayna Silahlı qüvvələrinin, Milli Qvardiyanın və müdafiə dəstələrinin nəzarətindədir.