Ukrayna ordusu Zaporojye və Baxmutda irəliləyir
2023-07-07 10:56:00
Ukrayna Silahlı Qüvvələri Zaporojye və Baxmut yaxınlığında irəliləyir.
Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-da Müharibənin Araşdırılması İnsitutunun (ISW) həftəlik hesabatında dərc olunub.
“Klişçeyevkada xüsusilə vəziyyət gərgindir. Rus əsgərlərindən biri Ukrayna Silahlı Qüvvələrinin Klişçeyevkanın qərbində meşə ərazisini nəzarətə götürdüyünü və Baxmutun cənub-qərbində rus qoşunlarının mövqelərinə təzyiqləri artırdığını bildirib. Həmçinin, dünən Ukrayna SQ Zaporojye və Donetsk vilayətləri arasında inzibati sərhəddə əks-hücum əməliyyatları keçirib və onların yeni mövqeləri üzərində nəzarəti gücləndirib. USQ Melitopol istiqamətində hücumu davam etdirib”.
yenisabah.az