📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ukrayna ordusuna əlavə 500 min əsgər lazımdır” - Zelenski

2023-12-20 15:29:29

“Ukrayna ordusuna əlavə 500 min əsgər lazımdır” - Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə keçirdiyi mətbuat konfransında hazırda ölkəsinin nə qədər hərbçiyə ehtiyacı olduğunu açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, Zelenski komandirlərinin 450-500.000 nəfər əsgər axtardığını deyib. O, bunun “həssas” və baha başa gələn məsələ olduğunu da etiraf edib.

Ukrayna Prezidenti ABŞ Konqresindəki Respublikaçıların bu ayın əvvəlində Ukrayna üçün 60 milyard dollarlıq (47 milyard funt sterlinq) hərbi paketi blokladığını yada salıb.

“Bunun ardınca Macarıstan keçən həftə Aİ-nin 50 milyard avroluq (55 milyard dollar; 43 milyard funt sterlinq) maliyyə yardımı müqaviləsini blokladı”,-deyə əlavə edib.