📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna ordusunun daha bir ciddi problemi - Müdafiə istehkamları tikməyə nə mane olur?

2024-03-05 17:22:44

Ukrayna ordusunun daha bir ciddi problemi - Müdafiə istehkamları tikməyə nə mane olur?

Cəbhədə bəzi istiqamətlərdə geri çəkilməli olan Ukaryna ordusu güclü müdafiə istehkamları tikməkdə çətinlik çəkir.

Hurriyyet.az xəbər verir ki, bunu “Defense Express”-in analitiki Sergey Zqurets bildirib.

Onun dediyinə görə, Ukraynanın istehkamlar qurmaq və cəbhə xəttində mövqeləri effektiv şəkildə qorumaq üçün üç komponenti çatışmır: “Bu, beton, ağac və texnikadır. Adətən müdafiə xətti boyunca istehkamların tikintisini həm mühəndis alayları, həm də hərbi hissələr həyata keçirir. Bununla belə, lazımi işi görmək üçün kifayət qədər resurs yoxdur. Cəbhədə artıq qazılmış xəndəkləri təchiz etmək üçün texnika, beton və bəzən taxta-şalban çatışmazlığı ilə bağlı problemlər var”.

Zqurets qeyd edir ki, əslində, bu məsələ Ukrayna üçün gözlənilməz deyil. Problem uzun müddət diqqətdən kənarda qalıb, buna görə də indi onu “fors-major” rejimində həll etməyə çalışırlar: “Müdafiə Qüvvələrində başqa bir zəif nöqtə də var – hərbçilərin kifayət qədər tank əleyhinə minaları yoxdur”.

azpolitika.info