Ukrayna ordusunun Krımlı komandiri: Müharibə Krmın azad edilməsi ilə bitməyəcək, Rusiya kiçilməlidir
Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin (GUR) Krım tatarlarının xüsusi təyinatlı “Krım” bölməsinin komandiri Nəriman Bilyalov açıqlayıb ki, Krımın azad edilməsi ilə müharibə bitməyəcək.
“1991-ci il sərhədlərinə çatmağımız müharibəni bitirməyəcək, məncə biz bu dövləti (RF) məhv etməyənə qədər, bizim üçün həmişə təhlükə olacaq”, deyə Nəriman Bilyalov bildirib.
O fikrini belə çatdırıb: “Bizim Rusiyadan ayrılıb ayrı yaşamaq istəyən insanlara kömək etmək imkanımız var - İçkeriya, İnquşetiya və s. Bəli, bunlar Şimali Qafqazın kiçik respublikalarıdır, amma Allahın köməkliyi ilə bunu bacarsaq, Rusiya Federasiyası mümkün qədər dağılsa, kiçilsə, sakitləşərlər... Əsas odur ki, Rusiya formatlansın, hal hazırda mövcud olduğu sərhədlər daxilində qalmasın. Çünki bu, bizim üçün hələ də problem olacaq. Ona görə də biz öz sərhədlərimizə çıxırıq – sonra Qafqazdakı, Volqaboyudakı qardaşlarımıza kömək edirik”.
Ülviyyə, Hurriyyet.az