Ukrayna ordusunun vəziyyəti pisləşdi
2024-10-05 20:19:16
Donbasın Selidovo şəhəri ərazisində Ukrayna qüvvələri üçün cəbhə xəttində vəziyyət pisləşib.
Bu barədə Ukrayna Milli Qvardiyasının 15-ci əməliyyat briqadasının mətbuat xidmətinin rəhbəri Vitali Milovidov bildirib.
“İndi biz Rusiya qüvvələrinin Selidovo şəhərinin cənubuna və şimalına doğru irəliləyərək bölmələrimizin mühasirəyə alınmasına şərait yaratmaq cəhdini görürük”, – o deyib. \\Viral.az