📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Orenburqda “Ozon”un logistika kompleksinə PUA zərbəsi endirib

2026-08-23 16:08:29

Ukrayna Orenburqda “Ozon”un logistika kompleksinə PUA zərbəsi endirib

Ukrayna Ordusu Orenburqda “Ozon”un logistika kompleksinə PUA zərbəsi endirib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə “Ozon” şirkəti məlumat yayıb.

Qeyd edilib ki, Orenburqda pilotsuz uçuş aparatının (PUA) qalıqları “Ozon”un logistika kompleksinin ərazisinə düşüb və nəticədə yanğın baş verib. Hadisə ilə əlaqədar 300-dən çox əməkdaş təxliyə edilib.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

“Ozon” Orenburqdakı anbarına malların qəbulunu müvəqqəti dayandırıb.