📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna öz ərazilərini Rusiya, Macarıstan, Rumıniya və Polşaya verməlidir" - Keçmiş XİN rəhbəri - FOTO

2022-09-17 22:29:00

Rumıniyanın keçmiş xarici işlər naziri bildirib ki, Ukrayna öz ərazilərini Rusiya, Macarıstan, Rumıniya və Polşaya verməlidir.

Bunu Andrey Marqa kitabının təqdimatında bildirib.

“Mən sizə açıq deyəcəyəm, bütün məsuliyyətimlə. Ukrayna qeyri-təbii sərhədlərdədir. O, ərazisini verməlidir: Macarıstan – Zakarpatye, Polşa – Qalisiya, Rumıniya – Bukovina və Rusiya – Donbas və Krım. Bunlar başqa ölkələrin əraziləridir. Əks halda konflikt olacaq”, – Marqa deyib.

 

 

KONKRET.az