Ukrayna parlamenti silahdan istifadə ixtiyarı verdi
2021-11-18 17:18:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, hazırda Rusiya ilə sərhədlərində gərginlik olan Ukrayna dövlətinin parlamenti sərhəd mühafizəçilərinə silahdan istifadə eləmək ixtiyarı verib. Qanun layihəsi səs çoxluğu ilə qəbul edilib.
Qanuna görə, ölkənin sərhədlərini və suverenlik hüquqlarını qoruyan Ukrayna Sərhəd Mühafizəçilərinə silah və hərbi sursatdan istifadə eləmək səlahiyyəti verilir.
Hürr Tərcüman