📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna paytaxtında silsilə partlayışlar: Biri hava limanının yaxınlığında olub - FOTO

2024-03-25 17:58:57

Ukrayna paytaxtında silsilə partlayışlar: Biri hava limanının yaxınlığında olub - FOTO

Ukraynanın paytaxtı Kiyevdə bir neçə saniyəlik fərqlə üç güclü partlayış baş verib.

İlkin məlumata görə, partlayışlardan biri Kiyevin Julyanı hava limanının yaxınlığında, digəri isə Kiyevin cənub-qərbindəki Qoloseyevski rayonunda qeydə alınıb.

Partlayışların ardınca Kiyev şəhərinin meri Vitali Kliçko sakinləri hava hücumundan qorunmaq üçün sığınacaqlara getməyə çağırıb.

oxu.az