📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna, Polşa və Litva Kiyevə yardımın artırılması üzrə MÜQAVİLƏ İMZALADI

2022-11-26 17:02:00

Ukrayna, Polşa və Litva Kiyevə yardımın artırılması üzrə MÜQAVİLƏ İMZALADI

Ukrayna, Polşa və Litva Baş nazirləri rəsmi Kiyevə yardımın artırılması barədə müqavilə imzalayıblar. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “twitter“də bildirib.

“Lüblin üçbucağı” formatında baş tutan görüş zamanı Ukraynaya hərbi və maliyyə yardımının həcminin artırılması barədə razılığa gəlinib, həmçinin Ukraynanın NATO-ya və Avropa İttifaqına (Aİ) üzvlük məsələlərinin müzakirəsinin daha da aktivləşdirilməsi mövzusunda müzakirələr aparılıb. 

Xatırladaq ki, “Lüblin üçbucağı” alyansında Litva, Polşa və Ukrayna birlikdə iştirak edir.

Bu alyans 2020-ci ildə Lüblin şəhərində bu üç ölkənin XİN rəhbərlərinin "qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi" proqramı çərçivəsində keçirilən görüşü zamanı təsis edilib.

bizim.media