📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Ukrayna Pravoslav Kilsəsinin rus kilsəsindən ayrılması gözlənilir" - ŞAHİN CƏFƏRLİ

2022-03-02 15:59:00

"Bu gəlişmə də göstərir ki, Ukraynanı tankla, topla, raketlə "Rus dünyası"na qaytarmağa çalışan Putin tam əks nəticəyə nail olub"

"Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsinin rus kilsəsindən ayrılması gözlənilir. Kilsəyə bağlı din xadimləri bununla əlaqədar Kiyev və Ukrayna mitropoliti Onufriy Ataya müraciət ediblər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

Siyasi şərhçinin sözlərinə görə, müraciət müəllifləri artıq öz ayinlərində Moskva və Rusiya patriarxı Kirillin adını çəkməyi dayandırıblar: ""Biz sizi Ata hesab edirdik, lakin atalıqdan betər oldunuz. Allah özü sizi mühakimə etsin", - deyə din adamlarından biri vurğulayıb".

Şahin Cəfərlinin fikrincə, bu gəlişmə də göstərir ki, Ukraynanı tankla, topla, raketlə "Rus dünyası"na qaytarmağa çalışan Putin tam əks nəticəyə nail olub: "Moskva Patriarxlığına bağlı Ukrayna Pravoslav Kilsəsi Rusiyanın Ukrayna daxilində ən təsirli yumşaq gücü idi. Moskvaya bağlı olmayan və Poroşenko dövründə Türkiyənin də dəstəyi ilə Konstantinopol Patriarxlığı tərəfindən tanınan müstəqil Ukrayna Pravoslav Kilsəsi də var".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az