Ukrayna Prezidenti: "Sabah bizə NATO-ya üzvlük təklif olunsa, qəbul edəcəyik"
2022-04-05 13:07:00
“Sabah bizə NATO-ya üzvlük təklif olunsa, qəbul edəcəyik”.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 5-də ümum-Ukrayna telemarafonu zamanı jurnalistlərə müsahibəsində bildirib.
“Təəssüf ki, bu, olmayacaq. Əfsuslar olsun ki, bu, baş vermədi. Ona görə də həyatımızı qoruyacaq təhlükəsizliyimizə zəmanəti özümüz quracağıq”, - dövlət başçısı qeyd edib.