📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna PUA-larla Krıma hücum etdi

2023-08-16 14:38:00

Ukrayna PUA-larla Krıma hücum etdi

Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın işğalı altındakı Krım yarımadasına hücum edib. 

Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemləri PUA-lardan 1-ni məhv edib. 

İtkilər barədə hələ ki, məlumat yoxdur. 

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə qanunsuz şəkildə ilhaq edib.