📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna PUA-sı Moskva yaxınlığında - Qubernator təsdiqlədi

2023-02-28 16:41:00

Ukrayna PUA-sı Moskva yaxınlığında - Qubernator təsdiqlədi

Moskva vilayəti, Kolomna rayonunun Qubastovo kəndi yaxınlığında pilotsuz uçuş aparatı (PUA) düşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov məlumat yayıb.

onun sözlərinə görə, ehtimal ki hədəf mülki infrastruktur obyekti olub.

"Hadisə zamanı xəsarət alan olmayıb. Yer üzündə tələfat və dağıntı yoxdur. FSB və digər səlahiyyətli orqanlar məsələ ilə məşğuldur, heç nə sakinlərin təhlükəsizliyinə təhdid etmir”, - deyə Vorobyov "Telegram" kanalında yazıb.

yenisabah.az