Ukrayna Putinin iştirak edəcəyi təqdirdə Qərbi COP29-u boykot etməyə çağırır - Qərəz yoxsa həsəd?
2024-10-17 11:11:03
Ukrayna Putinin iştirak edəcəyi təqdirdə Qərbi COP29-u boykot etməyə çağırır. Putinin iştirak edəcəyi təqdirdə beynəlxalq ictimaiyyət COP29 iqlim sammitini Azərbaycanda keçirməkdən çəkinməlidir. Bunu Ukraynanın Aİ-dəki səfiri Vsevolod Çentsov deyib.
O müsahibəsində belə fikri səsləndirib: “Biz təzyiq göstərməliyik və tərəfdaşlarımız Azərbaycana başa salmalıdırlar ki, Putin oradadırsa, ora gəlməyəcəklər”.
P.S. Putinə və Rusiyaya qarşı reaksiyanın təbiiliyi aydındır, bəs zərbə niyə Azərbaycana dəyməlidir?
Ülviyyə, Hurriyyet.az