Ukrayna qüvvələri RF-nin Qara dəniz donanmasının əsas zavodunu vurub
2023-09-13 10:35:23
Hurriyyet.az xəbər verir ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin açıqlamasında Ukrayna qüvvələrinin bu gecə Sevastopola qanadlı raketlərlə və dəniz dronları ilə zərbələr endirdiyi, iki gəmini zədələdiyi bildirilir.
Açıqlamada deyilir: “Ukrayna Silahlı Qüvvələri bu gecə Sevastopoldakı Orcenikidze adına gəmi təmiri zavoduna 10 ədəd qanadlı raketlə zərbə endiriblər və Qara dəniz donanmasının gəmilərinə 3 ədəd ekipajsız katerlə hücum ediblər”.
Hürr Tərcüman