📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna raketləri Rusiyanın 700 kilometr dərinliyini vuracaq - Podolyak açıqladı

2024-08-29 18:00:46

Ukrayna raketləri Rusiyanın 700 kilometr dərinliyini vuracaq - Podolyak açıqladı

Xəbər verildiyi kimi, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin yeni ballistik raket hazırladığını və sınaqdan keçirdiyini bəyan edib.

Hurriyyet.az xəbər verir ki, yerli mətbuata açıqlama verən Ukrayna Prezident Ofisinin müşaviri Moxail Podolyak yeni ballistik raketin 600-700 km məsafəni qət edə bildiyini deyib.

Eyni zamanda, Podolyak bu silahların nə qədər effektiv işləyəcəyini yalnız zamanla görmək olacağını əlavə edib: "Yüksək intensivlikli və iri miqyaslı müharibələrdə kəmiyyət vacib rol oynayır. Bu raketlər yüksək texnologiyalı olmalıdırlar, çünki o zaman çox gözəl nəticələr verəcəklər. Amma onların sayı da çox olmalıdır. Yəni, bir, iki və ya üç raketlə fundamental problemlər həll olmayacaq”.

Azpolitika.info