"Ukrayna rəhbərliyinə simpatiyam yoxdur, amma.." - Putindən iddiala cavab
Rusiya prezidenti Vladimir Putin Bişkek səfərinin yekunları üzrə mətbuat konfransında çıxış edərək, Ukraynanın indiki hakimiyyətlərinə simpatiyasının olmadığını bildirib.
Putin bunu jurnalistlərin İsrailə hücum edən Həmas yaraqlılarına silahların Ukraynadan gələ biləcəyi ilə bağlı iddialara münasibət bildirmək xahişinə cavab olaraq deyib.
Rusiya prezidentinin sözlərinə görə, onlarda Ukraynadan silahların digər dövlətlərə, o cümlədən Yaxın Şərqə satıldığı barədə məlumat var:
“Mən Ukraynadan silahların çatdırılmasına şübhə edirəm. Lkin Ukraynadan silah sızması olduğuna şübhəm yoxdur.
Silah almaq istəyənlər çoxdur, Ukraynada isə satmaq istəyənlər çoxdur.
Mənim Ukraynanın hazırkı rəhbərliyinə simpatiyam yoxdur. Bu aydındır. Amma bunun Ukrayna rəhbərliyi səviyyəsində həyata keçirilməsinə əlbəttə ki, mən buna şübhə edirəm”- deyə Putin qeyd edib. \\32gun.az