Ukrayna robot-itləri cəbhəyə göndərir
Hurriyyet.az xəbər verir ki, Ukrayna 30-dan artıq robot-iti Donbass döyüşlərinə göndərib. "BİLD" nəşrinin məlumatına görə, onlar Britaniyanın "Brit Alliance" şirkətinin məhsulu olan BAD.2 robot-itləridir. Bu dördpəncəli kompakt və manevrli dronlar operatorlar vasitəsi ilə idarə edilir. Onlar binalar və ya düşmən səngərləri kimi riskli ərazilərdə kəşfiyyatçılara kömək edir. Videokameralarla təchiz olunmuş robot-itlər tələ minaları, düşmənin irəliləməsini aşkar edərək, Ukrayna əsgərlərinin məruz qaldıqları riskləri azaldırlar.
"Brit Alliance" şirkətinin rəhbəri Kayl Torbernin sözlərinə görə, düşmən dronlarının üzündən cəbhədə tez-tez itkilər verildiyi üçün robotlardan istifadə etmək qərara alınıb. Almaniyanın "Concamo" şirkətinin istilik əleyhinə kamuflyajı sayəsində robot itlər döyüş meydanında praktiki olaraq görünmür və operatordan 3,5 km-ə qədər məsafədə beş saata qədər çalışa bilirlər. Onların qiyməti 4000-8000 avro arasında dəyişir. Robotların ilk sınaqlarını Ukrayna Silahlı Qüvvələrinin 28-ci briqadasının əsgərləri həyata keçiriblər.
Hürr Tərcüman