📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rostovda neft bazasını vurdu – Dəhşətli yanğın - VİDEO

2024-06-18 13:41:08

Ukrayna Rostovda neft bazasını vurdu – Dəhşətli yanğın - VİDEO

Ukrayna Silahlı Qüvvələrinin (AFU) pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində Rostov vilayətində neft məhsulları olan çənlər yanıb..

Hurriyyet.az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında yazıb.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirir ki, yanğını söndürmək üçün 70-dən çox yanğınsöndürən, 21 texnika və yanğınsöndürən qatar çalışır.

Yerli sakinlər ən azı beş partlayış eşidiblər. Nazirlikdən verilən məlumata görə, itki yoxdur.

publika.az