Ukrayna-Rusiya danışıqları başa çatdı
2022-02-28 17:47:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Ukrayna ilə Rusiya nümayəndə heyətləri danışıqları bitiriblər. Bu barədə açıqlamanı Ukraynanın Daxili İşlər nazirinin müavini Anton Geraşenko öz teleqram kanalında verib. Danışıqların nəticəsi barəsində hələlik heç bir məlumat verilmir.
Hürr Tərcüman