Ukrayna Rusiya ilə müharibədə qalib gələ bilər-Kanadanın baş naziri Castin Trüdo
2022-03-10 11:04:00
Kanadanın baş naziri Castin Trüdo deyir ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələ bilər. Baş nazir bunu çərşənbə günü Berlində səfərdə olarkən deyib. O hesab edir ki, Rusiyanın qonşu ölkəyə təcavüzünün qarşısını almaq olar.
Çərşənbə günü Berlində Trüdo deyib ki, qələbəyə aparan yol indi Moskva üçün "son dərəcə qeyri-müəyyəndir. Vladimir Putin hesablarında yanılıb. O, Ukrayna xalqının inanılmaz cəsarətini, həmçinin müttəfiqlərin əzmini və həmrəyliyini lazımi səviyyədə qiymətləndirməyib. Ancaq əsgərləri bütün Ukraynanı işğal edə bilsələr belə, Rusiya prezidenti uduzardı. Ciddi sanksiyalar yaxın illərdə Rusiyaya və buna görə də Putinə çox böyük ziyan vuracaq".
Ülviyyə, Hurriyyet.az