📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtini AÇIQLADI

2022-03-29 16:05:00

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtini AÇIQLADI

Ukrayna Rusiya ilə razılaşmanın əldə olunması üçün şərtlərini açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya brifinqdə söyləyib.

“Beynəlxalq razılaşma hər hansısa təzyiq altında gerçəkləşdirilərsə, bu tamamilə etibarsız sayılar. Bunun etibarlı olması üçün, ilk növbədə, Ukrayna ərazisində heç bir hərbçi qalmamalıdır, torpaqlarımızı tərk etməlidirlər. Nöqtə”, - o vurğulayıb.