Ukrayna-Rusiya müharibəsinin 3 mümkün sonluğu...
Ekspertlər Rusiya qoşunlarının Ukrayna ərazisinə daxil olmasından sonra hadisələrin gələcək inkişafı üçün üç ssenarinin mümkünlüyünü irəli sürürlər. “The New York Times”ın veridiyi xəbərə gprə amerikalı jurnalist Tomas Fridman da bu haqda öz versiyasını bildirib.
Proqnozlara görə, birinci ssenari digərlərindən daha ağırdır. Digər ikisi daha yumşaqdır, lakin onların mümkünlük ehtimalı azdır.
Birinci ssenariyə görə, ekspert hesab edir ki, Qərb Putini dayandıra bilməsə, Ukrayna yer üzündən silinmək həddinə çatacaq. Bu ssenari Avropanın nasist dövründən bəri görmədiyi miqyasda müharibə cinayətlərinə səbəb ola bilər.
“Müasir qloballaşan dünya heç vaxt ölkəsi 11 saat qurşağını əhatə edən, dünyanın ən böyük neft və qaz tədarükçülərindən biri olan, ən böyük nüvə başlıqları arsenalına malik olan və bu həddə hərbi cinayətlərdə ittiham olunan liderlə üzləşməli olmayıb", deyə Fridman yazır.
İkinci ssenariyə görə, Rusiyaya qarşı iqtisadi sanksiyalar qüvvəyə minəcək və hər iki tərəf güzəştə getməyə məcbur olacaq. “Atəşkəs və Rusiya qoşunlarının çıxarılması müqabilində Ukraynanın faktiki olaraq Rusiyanın nəzarətində olan şərq anklavları rəsmi olaraq Rusiyaya veriləcək və Ukrayna heç vaxt NATO-ya qoşulmayacağına açıq şəkildə söz verəcək. ABŞ və müttəfiqləri Rusiyaya qarşı bu yaxınlarda tətbiq edilmiş bütün iqtisadi sanksiyaları geri götürməyə razı olacaqlar”, deyə ekspert yazır.
Ekspertin fikrincə, bu ssenari az ehtimal olunur, çünki bu, Putindən faktiki olaraq Ukraynanın reinteqrasiyası ilə bağlı öz planını reallaşdıra bilmədiyini etiraf etməyi tələb edəcək.
Üçüncü ssenari rusların ayağa qalxıb Putini devirməsidir. "Minlərlə insan artıq Putinin çılğın müharibəsinə etiraz etmək üçün küçələrə axışır. Onlar bunu öz təhlükəsizliklərini riskə ataraq edirlər. Bunu söyləmək hələ tez olsa da, onların əks reaksiyası insanı düşünməyə sövq edir ki, qorxu baryeri aşıla, kütləvi etraizlara çevrilə və Putinin hakimiyyətinə son qoya bilərmi”, deyə ekspert qeyd edib.
Ülviyyə, Hurriyyet.az