📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna, Rusiya, Türkiyə heyətlərinin növbəti görüşünün keçiriləcəyi xəbər verilir

2022-07-14 13:54:00

Ukrayna, Rusiya, Türkiyə heyətlərinin növbəti görüşünün keçiriləcəyi xəbər verilir

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə, Ukrayna, Rusiya Federasiyası və BMT-nin nümayəndə heyətlərinin Qara dənizdə taxıl dəhlizinin açılması ilə bağlı növbəti görüşü 20-21 iyul tarixlərində keçiriləcək. Bu barədə məlumatlı mənbə “RİA Novosti” agentliyinə informasiya verib.

“İlkin olaraq, 20-21 iyul tarixləri nəzərdə tutulsa da, dəqiq gün müəyyənləşdirilməyib. Tərəflər arasında razılaşdırılmalar aparılır, düzəlişlər ola bilər”.

Xəbər verdiyimiz kimi, ilk belə görüş dünən İstanbulda Kalender qəsrində keçirilib. Türkiyənin Müdafiə naziri Hulusi Akar həmin görüş zamanı İstanbulda koordinasiya mərkəzinin yaradılması ilə bağlı razılıq əldə edildiyini bildirib.

Hürr Tərcüman