📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyada aerodromları vurdu: 4 kənd boşaldıldı - Video

2024-08-09 11:14:04

Ukrayna Rusiyada aerodromları vurdu: 4 kənd boşaldıldı - Video

Ukrayna ordusu gecə saatlarında PUA-larla Lipetsk vilayətindəki aerodromlara hücum edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov deyib.

Onun sözlərinə görə, ən azı 6 nəfər yaralanıb.

Zərbə nəticəsində mülki binalardan uzaqda partlayıcı qurğular işə düşüb, enerji infrastrukturu zədələnib və bu da elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Artamonov dörd yaşayış məntəqəsinin - Koptsevı Xutor, Fedorovka, Yakovlevka və Tynkovka boşaldıldığını bildirib.