Ukrayna Rusiyada dördüncü vilayətə hücuma keçdi - Kurskdan, Belqoroddan, Rostovdan sonra ilk dəfədir ki...
2024-08-28 13:05:00
Hurriyyet.az xəbər verir ki, Ukrayna dronları ilk dəfə olaraq, Rusiyanın Kirov vilayətinə zərbələr endiriblər. "Mash" portalının məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu səhər saat 10-da başlanıb. Şahidlər "Vyatka" kombinatı bölgəsində azı dörd partlayışın olduğunu xəbər veriblər.
Yerli hakimiyyət 2 partlayışın olduğunu təsdiqləyib. Onlardan biri neft məhsullarının saxlanıldığı ərazidə baş verib. Ukraynda dronlarının hədəflərinin hərbi bazalar olduğu güman edilir. Lakin onlardan heç biri həmin obyektlərə çata bilməyib. Zərərçəkən yoxdur.
Hürr Tərcüman