📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

2026-11-27 22:30:54

Ukrayna Rusiyada raket yanacağı istehsal edən zavodu vurdu

Ukrayna ordusu Rusiyanın Tula vilayətində yerləşən “Yefremov sintetik kauçuk zavodu”na zərbə endirib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, hücum Rusiyada fəaliyyət göstərən “Çornaya İskra” müqavimət hərəkatı ilə birgə həyata keçirilib. Sözügedən müəssisə, o cümlədən “İsgəndər” ballistik raketləri üçün bərk yanacaq istehsalında iştirak edir. Zavoda dəymiş ziyanın miqyası dəqiqləşdirilir.

Bundan əlavə, Baş Qərargah noyabrın 23-də Rostov vilayətində yerləşən Novoşaxtinsk neft emalı zavoduna endirilən zərbənin nəticələrini də açıqlayıb. Məlumata görə, hücum nəticəsində 20 yanacaq rezervuarı məhv edilib, daha 32 rezervuar və boru kəmərinin bir hissəsi zədələnib.

Qeyd edək ki, sözügedən zavod ildə 7,5 milyon tonadək neft emal etmək gücünə malikdir.