📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyadan humanitar dəhlizlər tələb edəcək

2022-03-03 19:12:00

Ukrayna Rusiyadan humanitar dəhlizlər tələb edəcək

Hurriyyet.az xəbər verir ki, Belarusda Ukrayna ilə Rusiyanın təmsilçiləri arasında danışıqlar zamanı Kiyev nümayəndələri qarşı tərəfdən humanitar dəhlizlər təşkil eləməyi tələb edəcək. Reinteqrasiya işləri üzrə nazir İrina Vereşuk söhbətin iki şəhərdən gedəcəyini bildirib: “Hazırda iki ən qaynar nöqtə Mariupol ilə Xersondur. Biz Qırmızı Xaç Komitəsinə müraciət edərək humanitar karvanları ağ bayraqla təmin eləməyi tələb eləmişik. Biz zəruri humanitar yükü – yemək və dərmanları göndərəcəyik. İnsanları, xüsusilə, qadınlarla uşaqları evakuasiya etmək üçün lazım olan hər şeyi. Bizə neytral bayraq lazımdır. Lakin onu almaq üçün Rusiya bu karvanın keçməsinə razı olmalıdır. Rusiya razı deyil. İnformasiyanı təhrif edir. Biz onlarla danışıq aparmırıq. Onlarla Qırmızı Xaç danışıq aparır. Biz nəticələri gözləyirik”.

Hürr Tərcüman