📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanı minlərlə rusdilli qatillə doldurmağa hazırlaşır

2024-07-11 11:29:44

Ukrayna Rusiyanı minlərlə rusdilli qatillə doldurmağa hazırlaşır

Ukrayna Rusiyanı minlərlə rusdilli qatillə doldurmağa hazırlaşır. Ukraynada rusları öldürməyə hazır olan çoxlu sayda təlim keçmiş insanlar var. Bunu Donetskdən qaçaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulan ukraynalı Kirill Sazonov Ukraynanı tərk edən jurnalist Natalya Vlaşçenkoya müsahibəsində bildirib.

“Xüsusi xidmətlərimiz raket buraxılışlarında iştirak edən bir dəstə adamı müəyyən edib. Başa düşürük ki, əsas günahkar Kremldədir, amma buna aid olan çoxlu icraçılar var. General Malyuk artıq bütün günahkarların cəzalandırılacağına söz verib və buna inanmayanlar mərhum Kivadan Ukrayna Mossadının belə insanlarla necə davrandığını soruşa bilərlər”, deyə Sazonov vurğulayıb.

“Onlar təsəvvür etmirlər ki, bu illər ərzində Ukraynada nə qədər insan nəinki öldürməyi öyrənib, məndən 20-30 yaş kiçik nə qədər gənc oğlan həqiqətən döyüşməyi, xüsusi təyinatlıların taktikasını öyrənib, bıçaqla, tapança ilə, əlləri ilə öldürürlər. Onlar hamısı gözəl rus dilində danışır, siz onları özünüzünkülərdən ayıra bilməyəcəksiniz. Beləliklə, Rusiyada qeyri-rəsmi və ya rəsmi olaraq hərbi cinayətkarların təmizlənməsi çox çətin olacaq”, deyə Sazonov əlavə edib.

Ülviyyə, Hurriyyet.az