Ukrayna Rusiyanın 3 bölgəsinə və Krıma hücum edib
2024-08-30 11:08:58
Hurriyyet.az xəbər verir ki, Ukrayna avqustun 30-na keçən gecə Rusiyanın 3 regionuna və ilhaq edilmiş Krıma hücum edib. Bu barədə RF Müdafiə Nazirliyi məlumat verib.
Açıqlamada deyilir: "HHM sistemlərinin növbətçi vasitələri Ukraynanın 18 PUA-sını məhv ediblər. 11 ədəd PUA Bryansk vilayətinin, 4 ədəd PUA Kaluqa vilyatərinin, 2 ədəd PUA Krım Respublikasının, 1 ədəd PUA isə Belqorod vilayətinin üzərində məhv edilib".
Hürr Tərcüman