📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanın 6 “Xəncər”ini məhv etdi

2023-06-16 16:24:00

Ukrayna Rusiyanın 6 “Xəncər”ini məhv etdi

Bu gün Rusiyanın Kiyevə atdığı raketlərdən 12-si hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Kiyev şəhər admisitrasiyasından məlumat verilib.

Məlumata görə, 6 ədəd “Xəncər” aeroballistik və 6 ədəd “Kalibr” qanadlı raketləri məhv edilib. Daha iki ədəd PUA vurulub.

Kiyev şəhər administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, hədəflərin hamısı Kiyev səmasında məhv edilib./axar.az/