Ukrayna Rusiyanın aviabazasını sıradan çıxarıb, qırıcılar məhv edilib
2024-04-05 14:05:48
Ukrayna Rusiyanın altı təyyarəsini məhv edib, səkkizini zədələyib
Hurriyyet.az xəbər verir ki, "Röyter" agentliyinin məlumatına görə, Rusiyanın Morozovsk aviabazasında Rusiyaya məxsus altı hərbi təyyarə məhv edilib, səkkizi isə zədələnib.
Hücumu Ukraynanın Təhlükəsizlik Qüvvələri ilə Silahlı Qüvvələri birgə həyata keçiriblər.
Mənbənin verdiyi məlumata görə, aviabazada Rusiyanın Su-24 və Su-24M tipli taktiki qırıcıları yerləşdirilmişdi. Rusiya onlardan istifadə edərək, Ukrayna ordusuna və cəbhə ərazilərinə idarəedilən aviabombalar atır.
Hürr Tərcüman