📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanın Avropadakı cəsus şəbəkəsini ifşa etdi: 620 agentin siyahısı AÇIQLANDI

2022-03-28 17:18:00

Ukrayna Rusiyanın Avropadakı cəsus şəbəkəsini ifşa etdi: 620 agentin siyahısı AÇIQLANDI

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Federasiyasının Avropada cinayətkar fəaliyyətlərdə iştirak edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) zabitlərinin siyahısını alıb.

Hurriyyet.az xəbər verir ki, siyahıda 620 FTX zabitinin adı yer alıb.

Məlumatda cəsusun adı, iş yeri, qeydiyyat ünvanı, pasport məlumatları, avtomobillərin markaları, modelləri və nömrələri və s. yer alıb.

Casusların tam siyahısı Baş Kəşfiyyat İdarəsinin saytında - Gur.gov.ua-da yerləşdirilib.

Xatırladaq ki, bu yaxınlarda Ujqorodda hərbi əks-kəşfiyyat əməkdaşları Rusiya Federasiyası FSB agentinin rəhbərlik etdiyi Rusiya Diversiya və Kəşfiyyat Qrupunu saxlayıblar. Təxribat qrupu Ukrayna prezidentinə sui-qəsd təşkil etməyi, Kiyevdə və Ukraynanın digər vilayətlərində təxribat törətməyi planlaşdırırdı.

Sfera.az