Ukrayna Rusiyanın desant gəmisini vurdu
2023-12-26 11:24:09
Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusunun Hava Qüvvələrinin komandanlığı ölkənin taktiki aviasiysının Feodosiya rayonunda Rusiyanın Qara dəniz donanmasının "Novoçerkassk" adlı böyük desant gəmisini vurduğunu bəyan edib. Artıq Rusiya tərəfi də məlumatı təsdiqləyib.
Qanadlı raket zərbəsinin yerli vaxtla 02.30-da endirildiyi bildirilir. Məhv edilmiş gəminin işğal altındakı Krım bölgəsinə İrandan "Şahed" zərbə dronları daşıdığı iddia edilir.
Hürr Tərcüman