Ukrayna Rusiyanın itkilərini açıqladı
Müharibənin əvvəlindən düşmənin ümumi döyüş itkiləri təxminən 16.100 nəfər idi. Ukrayna Silahlı Qüvvələri düşmənin canlı qüvvəsindən əlavə 561 tank və 115 təyyarəni də məhv edib.
“Ukrinform”un verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb.
“Düşmənin fevralın 24-dən martın 25-dək ümumi döyüş itkiləri təxminən belədir: şəxsi heyət - təxminən 16.100 nəfər, tanklar - 561 ədəd, zirehli döyüş maşınları - 1.625 ədəd, artilleriya sistemləri - 291 ədəd, MLRS - 90 ədəd, hava hücumundan müdafiə sistemləri - 49 ədəd, təyyarələr - 115 ədəd, helikopterlər - 125 ədəd, nəqliyyat vasitələri - 1089 ədəd, gəmilər/qayıqlar - 5 ədəd, yanacaq-sürtkü materialları olan çənlər - 72, əməliyyat-taktiki səviyyəli PUA-lar - 53. Xüsusi texnika - 18 ", deyə "Facebook" paylaşımında deyilir.