Ukrayna Rusiyanın “Kinjal” hipersəs raketini vurdu – “Tarixdə ilk dəfə!”
2023-05-06 10:51:00
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın “Patriot” HHM sistemi Rusiyanın “Kinjal” hipersəs raketini vurub.
Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri komandanı, general-leytenant Nikolay Oleşuk “Teleqram” səhifəsində verib.
Oleşuk yazıb: “Ukrayna xalqını tarixi hadisə münasibətilə təbrik edirəm! Bəli, biz “analoqu olmayan” “Kinjal”ı vurduq! “Patriot”la. Hadisə mayın 4-də Kiyev vilayətinin səmasına gecə hücumu zamanı baş verib. X-47 “Kinjal” raketi MiQ-31K tərəfindən Rusiya ərazisindən atılmışdı”.
Hürr Tərcüman