Ukrayna Rusiyanın Krımdakı gizli bazasını raketlə vurdu, ölənlər və yaralananlar var
2024-05-13 16:33:46
Hurriyyet.az xəbər verir ki, Krıma səhər saatlarında edilən raket hücumu nəticəsində Rusiyanın Ay-Petri dağındakı HHM (Hava Hücumundan Müdafiə) bazası zədələnib. İlhaq edilmiş bölgənin fövqəladə hallar xidmətindəki mənbələrin "Astra" teleqram kanalına verdikləri məlumata görə, hərbi hissənin komandiri Aleksandr Kulakov ilə bir hərbçi həlak olub, yaralananlar var.
Ay-Petri dağında RF Silahlı Qüvvələrinin 3-cü radiotexnika polkunun gizli HHM hərbi bazası yerləşir. Raket zərbəsi nəticəsində 85683 saylı hərbi hissənin ərazisi zədələnib.
Hürr Tərcüman