📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ukrayna Rusiyanın minlərlə əsgərini, yüzlərlə tankını, onlarla dronunu itirdiyini bildirdi

2022-03-31 11:54:00

Ukrayna Rusiyanın minlərlə əsgərini, yüzlərlə tankını, onlarla dronunu itirdiyini bildirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun 24 fevral-31 mart tarixindəki müddətdə itkiləri ilə bağlı məlumat verib. Açıqlamada Rusiya ordusunun 17500 nəfər hərbçi, 135 təyyarə, 131 vertolyot, 614 tank, 1735 zirehli texnika, 311 top, 96 ədəd Reaktiv yaylım atəşi sistemi və 54 HHM sistemini itirdiyi bildirilir.

Rusiya qüvvələri 1201 ədəd avtomobil texnikasını, 7 ədəd gəmi/kraterini, 75 ədəd yanacaq və sürtgü materialları sisternini, 83 ədəd operativ-taktiki səviyyəli PUA-sını, 22 ədəd xüsusi texnikasını da itirib.

Hürr Tərcüman