Ukrayna Rusiyanın Morozovskdakı aerodromuna hücum edib, 6 döyüş təyyarəsi sıradan çıxıb
2024-04-05 17:04:13
Ukrayna Təhlükəsizlik Xidməti Müdafiə Qüvvələri ilə birlikdə Rusiyanın Rostov vilayətinin Morozovsk rayonundakı aerodroma hücum edib, nəticədə 6 təyyarə sıradan çıxarılıb, 8-nə əhəmiyyətli ziyan dəyib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.
Bildirilib ki, aerodromda Rusiyanın “Su-24”, “Su-24M”, “Su-34” bombardmançıları yerləşdirlib.
Eyni zamanda hücum nəticəsində Rusiyanın 20-yə yaxın hərbçisinin öldüyü və ya yaralandığı vurğulanıb.
report.az